RU

İran məsələyə dərhal qaneedici, məntiqli izahat verməlidir Millət vəkili

Redaktor.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

"İran tərəfindən Azərbaycanın ərazisinin dronlarla vurulması şiddətlə qınanılmalıdır və İran məsələyə dərhal qaneedici, məntiqli izahat verməlidir".

Bunu Redaktor.az-a Milli Məclisin deputatı Hikmət Babaoğlu İranın Naxçıvan ərazilərini dronlarla vurmasından danışarkən bildirdi.

Millət vəkili diqqətə çatdırdı ki, bu, beynəlxalq hüququn pozulmasıdır:

"Qonşuluq siyasətinə, dostluq siyasətinə vurulan zərbə kimi qəbul edilməlidir və nəhayət, məsələnin ən pis tərəfi isə odur ki, bu, İran tərəfindən Azərbaycana qarşı yönəlmiş qeyri-adekvat tədbirdir. Biz həmişə ən çətin vəziyyətimizdə belə İranı dəstəkləmişik. Azərbaycan ərazisindən heç vaxt İran ərazisi təhdid edilməyib. Ancaq çox təəssüf ki, bu gün İran belə bir addım atıb. Nəzərə almaq lazımdır ki, Azərbaycan güclü, qüdrətli dövlətdir və bu hadisəyə adekvat cavab vermək hüququnu özündə saxlayır.

Ən qısa müddətdə İran Azərbaycan ictimaiyyətinə, Azərbaycan dövlətinə qaneedici, məntiqli bir izahat verməlidir və bir də belə halların təkrar olunmaması üçün bütün tədbirləri görməlidir. Azərbaycan Prezidenti Azərbaycanda təhlükəsizliyin təminatçısıdır və hər bir Azərbaycan vətəndaşı əmin olmalıdır ki, onların təhlükəsizliyi həmişə güclü dövlətimiz tərəfindən qorunacaq".

Aytəkin TOFİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
49
1
redaktor.az

2Источники