RU

Ağdam şəhərinə yola salınan növbəti köç karvanı mənzil başına çatdı YENİLƏNİB + FOTO

ain.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.

Böyük Qayıdış proqramı çərçivəsində əhalinin doğma yurdlarına qayıdışı davam edir.

Moderator.az xəbər verir ki, bu gün səhər saatlarında Bakı şəhərindən Ağdama yola salınan növbəti köçdə 90 ailədə 346 nəfər mənzil başına çatıb.

Bu köç də nəzərə alınmaqla Ağdama keçənlərin sayı 313 ailədən 1167 nəfərə çatıb.

Ağdam şəhərinə köçürülən sakinlər indiyədək respublikanın müxtəlif bölgələrində, əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Doğma yurdlarına qayıdan sakinlər onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürlərini bildiriblər.

Sakinlər, həmçinin torpaqlarımızın işğaldan azad olunmasında böyük şücaət göstərən Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərə minnətdarlıqlarını ifadə edib, bu yolda canlarından keçən şəhidlərin xatirəsini ehtiramla yad ediblər.

07:58

Bu gün Ağdam şəhərinə növbəti köç yola salınıb.

Moderator.az xəbər verir ki, şəhərə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu mərhələdə Ağdam şəhərinə 346 nəfərdən ibarət 90 ailə köçürülüb.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
26
1
moderator.az

10Источники