RU

Paytaxt məktəblərində idman həftəsi

ain.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 5 mart, AZƏRTAC

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində idman həftəsi keçirilir.

BŞTİ-dən AZƏRTAC-a bildirilib ki, idman həftəsinin keçirilməsində məqsəd şagirdlərin idmana olan marağının artırılması və sağlam həyat tərzinin təbliğindən ibarətdir.

Bu günlər ərzində şagirdlər idmanla məşğul olmağın sağlam həyat tərzinə müsbət təsirləri, həmçinin məktəblərin maddi-texniki bazasının və idman infrastrukturunun möhkəmləndirilməsi istiqamətində ölkəmizdə həyata keçirilən tədbirlər, idmana göstərilən dövlət qayğısı barədə məlumatlandırılırlar.

Məktəblilərə idman növləri haqqında geniş məlumatlar verilir, idmançıların yarışlar ərəfəsində psixoloji hazırlığı mövzusunda söhbət aparılır.

Ümumi təhsil müəssisələrində, eyni zamanda, nailiyyətləri olan idmançılarla görüşlər keçirilir. Həmçinin idman viktorinası və “Olimpiya oyunları uşaqların gözü ilə” sərgiləri təşkil olunur.

Məktəblərdə sağlam qidalanma ilə bağlı maarifləndirmə tədbirləri, “Sağlam həyat tərzi” mövzusu üzrə rəsm müsabiqəsi, “Ən sürətli şagird qaçış yarışı” keçirilir.

Bundan başqa, idman həftəsi çərçivəsində “Şən startlar” estafet yarışı, basketbol, badminton və qol güləşi yarışlarının təşkili, idmanla bağlı esselərin yazılması da nəzərdə tutulur.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
19
4
azertag.az

5Источники