RU

Levandovski məşqlərə başladı

“Barselona”nın hücumçusu Robert Levandovski ağır zədədən sonra kataloniyalıların heyətində məşqlərə başlayıb.

Msport.az xəbər verir ki, polşalı forvard məşqlər zamanı xüsusi qoruyucu maskadan istifadə etmək məcburiyyətində qalıb.

Təcrübəli hücumçu La Liqanın XXVI turunda “Vilyarreal”la keçirilən smatçda (4:1) zədələnib. Futbolçuya sol göz yuvasının daxili sümüyünün sınığı diaqnozu qoyulub.

Qeyd edək ki, cari mövsümdə “Barselona”nın heyətində bütün turnirlərdə 32 oyuna çıxan Levandovski 14 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Избранный
43
3
msport.az

6Источники