RU

İran açıqlama yaydı - "Biz qonşu ölkələrə hücum etmirik"

İran qonşu ölkələrə hücum etmir və Türkiyəyə hücum etmək üçün də heç bir səbəbi yoxdur.

Ucnoqta.az xəbər verir ki, bu barədə İran xarici işlər nazirinin müavini Kazem Qəribabadi A Haber televiziya kanalında bildirib.

"Biz qonşu ölkələrə hücum etmirik, onlara qarşı müharibə aparmırıq və yaxşı münasibətlərimiz var. Burada, bölgəmizdə İslam Respublikasına qarşı təcavüz var. Biz bölgədəki tərəfdaşlarımızla sıx əlaqədəyik və öz mülki əhalimizi qoruduğumuzu açıq şəkildə bildirmişik. Amerika hücumları səbəbindən bunu etməyə məcburuq", - deyə nazir müavini bildirib.

Qeyd edək ki, Naxçıvan Hava Limanı İran tərəfindən dron hücumuna məruz qalıb. İki nəfər hücum nəticəsində xəsarət alıb. Azərbaycan XİN ölkədəki İran səfirini təcili nazirliyə çağırıb.

Избранный
45
1
ucnoqta.az

2Источники