RU

Mikayıl Cabbarov: "Ötən il vergi daxilolmaları son illərin ən yüksək həddində olub" 

Vergi daxilolmalarında 2025-ci il üzrə əldə olunan nəticə - 16,4 milyard manat həcmində yığım son illərin ən yüksək göstəricisidir. 2018-ci illə müqayisə etsək, vergi daxilolmaları 2,2 dəfə, o cümlədən qeyri-neft-qaz sektoru üzrə 2,4 dəfə artıb.

FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu sözləri iqtisadiyyat naziri Mikayıl Cabbarov “Vergi sistemində gələcəyə baxış: yeni idarəetmə modeli və data əsaslı qərarlar” mövzusunda keçirilən forumda deyib.
Onun sözlərinə görə, 2025-ci ildə vergi daxilolmalarının ÜDM-də payı 12,7%,  o cümlədən qeyri-neft-qaz sektoru üzrə vergi daxilolmalarının qeyri-neft-qaz ÜDM-də payı 13% təşkil etməklə, 2018-ci illə müqayisədə müvafiq olaraq 3,4 və 2,4 faiz bəndi artıb:

"2018-ci illə müqayisədə 2025-ci ildə qeyri-neft-qaz sektorunun özəl bölməsi üzrə vergi daxilolmalarının ÜDM-də xüsusi çəkisi 2,2 faiz bəndi artaraq 9,9% təşkil edib. 

2019-cu ilin əvvəli ilə müqayisədə 2025-ci ildə qeyri-neft-qaz sektorunun özəl bölməsi üzrə əmək müqavilələrinin cəmi müqavilələrin sayında xüsusi çəkisi 38,5%-dən 54,4%-ə yüksəlib. Sektorda müqavilələrin sayı isə 1,9 dəfə artaraq 1 milyonu ötüb və dövlət sektorunun göstəricisini üstələməyə davam edir".

Избранный
59
4
fed.az

10Источники