RU

Sabah hava necə olacaq?

Martın 6-da gözlənilən hava şəraiti açıqlanıb.

 

Day.Az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 3 dərəcədən 6 dərəcəyədək, gündüz 10 dərəcədən 15°-dək olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunundan 759 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 45-50 % təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 2 dərəcədən 7°-dək, gündüz 12 dərəcədən 17 dərəcəyədək isti, dağlarda gecə -5 dərəcədən -10° -dək şaxta, gündüz -3° şaxtadan 2°-dək isti olacaq.

Избранный
36
49
day.az

10Источники