RU

Leonardo Jardim rəsmən “Flamenqo”da: Müqavilənin detalları bəlli olub FOTO/VİDEO

Idman.biz saytından alınan məlumata görə, ain.az bildirir.

Braziliyanın “Flamenqo” futbol klubunda yeni dövr başlayır. Komandanın yeni baş məşqçisi Leonardo Jardim rəsmi müqaviləyə imza atıb.

İdman.Biz xəbər verir ki, təcrübəli mütəxəssis artıq klubun bazasında futbol direktoru Xose Boto ilə görüşüb. Görüş zamanı Xose Boto portuqaliyalı məşqçiyə klubun simvolu olan “Manto Saqrado”nu (Müqəddəs Mantiyanı) təqdim edib.

Portuqaliyalı baş məşqçinin “Flamenqo” ilə müqaviləsi 2027-ci ilin dekabr ayına qədər nəzərdə tutulub.

İmzadan dərhal sonra Leonardo Jardim “Corc Helal” məşq mərkəzində komandanın başında ilk məşqini keçirib. O, kluba geniş köməkçi heyəti ilə gəlib. Jardimin komandasında köməkçi məşqçilər Antoniu Vieyra, Joze Barros və Dioqu Dias yer alıb.

Daha əvvəl Avropada bir çox uğurlu layihələrə imza atan Jardimin Braziliya nəhəngində necə performans sərgiləyəcəyi azarkeşlər tərəfindən böyük maraqla gözlənilir.

Qeyd edək ki, bir neçə gün əvvəl komandanın baş məşqçisi Filipe Luis görünməmiş şəraitdə rəsmi olaraq postunu tərk edib. İstefa qərarı “Madureyra” üzərində qazanılan 8:0 hesablı darmadağından dərhal sonra elan edilib. Komandanın yüksək məhsuldarlıq nümayiş etdirməsinə baxmayaraq, klubun direktorlar şurası əvvəlcədən planlaşdırılan istefanı təsdiqləyib.

İdman.Biz

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
33
1
icma.az

2Источники