RU

Rusiyada əsir olan macar hərbçilər ölkələrinə qayıdıblar

Budapeşt, 5 mart, AZƏRTAC

Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Moskvada Rusiya Prezidenti Vladimir Putin ilə keçirdiyi danışıqlardan sonra Ukraynada əsir düşmüş iki macarəsilli hərbçinin azad edildiyini açıqlayıb.

AZƏRTAC xəbər verir ki, nazirin sözlərinə görə, söhbət Ukrayna və Macarıstan vətəndaşlığına malik iki nəfərdən gedir. Onların Ukraynada səfərbərlik nəticəsində cəbhəyə göndərildikləri və Rusiya qüvvələri tərəfindən əsir götürüldüyü bildirilir.

Vladimir Putin Moskvada keçirilən görüş zamanı həmin şəxslərin azad ediləcəyini və Macarıstan nümayəndə heyətini gətirən təyyarə ilə Budapeştə göndəriləcəyini deyib.

Azad olunan şəxslər hökumət təyyarəsi ilə ölkələrinə aparılıblar, onları hava limanında ailə üzvləri qarsalayıblar.

Siyarto diqqətə çatdırıb ki, Moskva səfərinin əsas məqsədi Macarıstanın enerji təhlükəsizliyi ilə bağlı məsələləri müzakirə etmək və Rusiya əsirliyində olan macarların azad edilməsi olub.

Nazir əlavə edib ki, Budapeşt bütün münaqişələrdən kənarda qalmaq və diplomatik yollarla humanitar məsələlərin həllinə çalışmaq niyyətindədir.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Budapeşt

Избранный
38
2
azertag.az

3Источники