RU

“Barselona” müdafiəçisinə yeni müqavilə təklif etdi

“Barselona” müdafiəçisi Andreas Kristensenlə yeni müqavilə üçün danışıqlara başlayıb.

İdmanxeber.az xəbər verir ki, Kataloniya klubu danimarkalı futbolçuya maaşının azaldılması şərti ilə müqaviləni 2027-ci ilin ortalarınadək uzatmağı təklif edib.

Bildirilir ki, klubun idman direktoru Deku dünən 29 yaşlı müdafiəçinin agenti ilə görüşərək yeni sözləşmənin detalları ilə bağlı ilkin müzakirə aparıb.

Kristensen hazırda zədədən bərpa olunur və mövsümün sonuna yaxın meydana qayıtması gözlənilir. O, 2022-ci ildən “Barselona”da çıxış edir.

Избранный
98
idmanxeber.az

1Источники