RU

Rza Pəhləvini belə məsxərəyə qoydular VİDEO

Unikal.az saytından alınan məlumata görə, ain.az bildirir.

İranın devrilmiş şahının oğlu Rza Pəhləvi rus prankerlər Vovan və Lexus tərəfindən qurulan tələyə düşüb.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, sözügedən şəxslər özlərini Almaniya kansleri Fridrix Mertsin nümayəndələri kimi təqdim ediblər. 

Videokonfransda diqqət çəkən məqamlardan biri isə prankerlərdən birinin saxta bığ taxaraq özünü “Adolf” kimi təqdim etməsi olub. Buna baxmayaraq, Rza Pəhləvi onlarla görüşünə davam edib. 

Görüş zamanı "alman rəsmisi" ABŞ və İsraillə birlikdə İranı bombalayacaqlarını bildirdikdə, Pəhləvi bu xəbəri məmnunluqla qarşılayıb. 

O, Qərb güclərinin İrana qarşı həyata keçirəcəyi mümkün “xaç yürüşündə” tək qalmamasının strateji baxımdan son dərəcə vacib olduğunu deyib. Pəhləvinin öz ölkəsinə qarşı hərbi əməliyyat və bombardman planlarına dəstək kimi qiymətləndirilən bu açıqlamaları sosial şəbəkələrdə geniş etiraz dalğasına səbəb olub.

Görüntülər yayıldıqdan sonra Pəhləvi həm məsuliyyətsizlikdə, həm də xarici müdaxiləni müdafiə etməkdə ittiham edilərək tənqid və istehza hədəfinə çevrilib.

Gülayə Mecid 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
42
unikal.az

1Источники