RU

Avtoxuliqanlıq edib “TikTok”da paylaşdı Video

ain.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Tofaş”la avtoxuliqanlıq edib videosunu sosial şəbəkədə paylaşan sürücü həbs edilib.

“Qafqazinfo” xəbər verir ki, Bakı Şəhər DYP İdarəsi tərəfindən avtoxuliqanlıq hərəkətləri edərək ictimai asayişi nümayişkaranə şəkildə pozan və digər hərəkət iştirakçılarına ciddi təhlükə yaradan “Tofaş” markalı 77-SG-661 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Fariz İsmayılov saxlanılıb.

F.İsmayılov idarə etdiyi avtomobillə intizamsızlıq edərək yol hərəkəti qaydalarını kobud şəkildə pozub və etdiyi avtoxuliqanlıq hərəkətlərini “TikTok” sosial şəbəkəsində paylaşıb.

Sürücü barəsində inzibati qaydada protokol tərtib olunaraq baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə F.İsmayılovun sürücülük hüququ 1 il müddətində məhdudlaşdırılmaqla o, 30 sutka inzibati qaydada həbs edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
36
31
qafqazinfo.az

10Источники