RU

“Liverpul”un Çempionlar Liqasından kənarda qalması transferlərə təsir edəcək"

"Liverpul"un baş məşqçisi Vircil van Deyk komandanın növbəti Çempionlar Liqasına vəsiqə qazana bilməməsi ehtimalı barədə danışıb.

90deqiqe.Az xəbər verir ki, jurnalist Fabrisio Romano niderlandlı futbolçunun dediklərini belə çatdırıb.

“Bu, yay transfer pəncərəsinə 100 faiz təsir edəcək. Mərc çox yüksəkdir. Baxın, əgər sən “Liverpul”da oynayırsansa, daim Çempionlar Liqasında iştirak etməlisən. Biz mütləq Çempionlar Liqasına düşməliyik”

"Liverpul" daha əvvəl İngiltərə Premyer Liqasının 29-cu turunda "Vulverhempton"a 2-1 hesabı ilə məğlub olmuşdu. Hazırda Mersisayd təmsilçisi 48 xalla turnir cədvəlində altıncı yerdədir.

Xatırladaq ki, İngiltərənin ən yaxşı beş klubu Çempionlar Liqasına vəsiqə qazanır.

Избранный
3
90deqiqe.az

1Источники