RU

"Azercell" yenə qiymətləri qaldırdı - 2 manat artıq ödənəcək

"Azercell Telekom" MMC fakturasız (SimSim) xətt sisteminə aid tarif paketlərinin qiymətini artırıb.

Ekologiya.az bildirir ki, Valyuta.az-ın məlumatına görə, "SuperSən" tarif paketləri üzrə "SuperSən 3GB" 10 AZN-dən 12 AZN-ə,  "SuperSən 6GB" 15 AZN-dən 17 AZN-ə, "SuperSən 10GB" isə 20 AZN-dən 22 AZN-ə qaldırıb. Həmçinin bu tarif paketləri üzrə internet həcmi 1 GB artırılıb.

"SuperSən 20GB" 32 AZN, "SuperSən 30GB" isə 42 AZN olacaq. Hazırda bu tariflər üzrə qiymətlər müvafiq olaraq 29 AZN və 39 AZN-dir. 

Qeyd edək ki, "GəncOL 6" tarifi üzrə qiymət hazırda 6 AZN-dir, dəyişiklikdən sonra qiymət 8 AZN,  "GəncOL 9" tarif paketlərində isə qiymət 11 AZN olacaq.  "GəncOL 9"un hazırda qiyməti 9 AZN təşkil edir.

Həmçinin, "Sadə 6" tarif paketi üzrə internet həcmi 1 GB artırılacaq. "Sadə 6" paketi "Sadə 8" paketi ilə əvəz ediləcək.  Tarif paketinin qiyməti 8 AZN təşkil edəcək, "İstəSən" tarif paketi üzrə başlanğıc internet həcmi isə 4 GB-dək artırılacaq. Tarif paketinin qiyməti 9 AZN təşkil edəcək.  Hazırda bu tarif paketi üzrə qiymət 7 AZN-dir.

Dəyişiklik 06.04.2026-cı il tarixindən etibarən tətbiq olunacaq.

Избранный
32
5
ekologiya.az

10Источники