RU

Azercell-in dəstəyi ilə Beyləqanda qızlar üçün STEM dərslərinə start verilir

(®) Lider mobil operatorun qadınların sosial və iqtisadi imkanlarının genişləndirilməsinə dəstək məqsədilə həyata keçirdiyi sosial layihə müsabiqəsinin qaliblərindən biri olan “Mil” Sosial və İqtisadi Sahələrdə Maarifləndirmə İctimai Birliyi “Robogirls” layihəsinin icrasına başlayıb. Şirkətin dəstəyi ilə Beyləqan rayonunun kənd və qəsəbələrində təhsil alan qızlar üçün STEM təlimlərinə start verilir.

Təşəbbüs 6-7-ci sinif şagirdlərinin texnologiya və innovasiya sahələrinə marağının artırılmasına, onların rəqəmsal bacarıqlarının inkişaf etdirilməsinə və gələcək karyera perspektivlərinin formalaşmasına dəstək göstərilməsinə yönəlib.

Proqrama ümumilikdə 90 məktəbli qız müraciət edib. Seçim mərhələsində iştirakçılar informatika və süni intellekt mövzularını əhatə edən test imtahanında biliklərini nümayiş etdiriblər. Müəllimlər və müstəqil ekspertlər tərəfindən aparılan qiymətləndirməyə əsasən, ən yüksək nəticə göstərən 30 məktəbli qız təlimlərdə iştirak etmək imkanı qazanıb.

Təlim proqramı çərçivəsində iştirakçılar robototexnika və STEM istiqamətləri üzrə həm nəzəri biliklər, həm də praktiki bacarıqlar əldə edəcəklər. Dərslər şagirdlərin texnologiya sahəsi üzrə biliklərinin təşviqini, analitik və yaradıcı düşünmə, eləcə də problem həll etmə bacarıqlarının inkişafını hədəfləyir.

Qeyd edək ki, artıq üçüncü ildir ki, Azercell-in sosial layihə müsabiqəsi qadınların ictimai həyatda rolunun gücləndirilməsinə yönəlmiş təşəbbüsləri dəstəkləməklə inklüziv cəmiyyətin qurulmasına töhfə verir.

Azercell qadınların sosial və iqtisadi imkanları Mil Sosial və İqtisadi Sahələrdə Maarifləndirmə İctimai Birliyi Robogirls layihəsi STEM təlimləri Beyləqan qızları texnologiya və innovasiya rəqəmsal bacarıqlar gələcək karyera məktəbli qızlar informatika və süni intellekt test imtahanı robototexnika nəzəri və praktiki bacarıqlar analitik və yaradıcı düşünmə problem həll etmə qadınların ictimai rolu inklüziv cəmiyyət sosial layihə müsabiqəsi Azercell sosial təşəbbüslər
Избранный
30
16
marja.az

10Источники