Bakı, 5 mart, AZƏRTAC
Əfqanıstanın cənubundakı Helmand əyalətində keçirilən əməliyyatlar zamanı 2,5 tondan çox müxtəlif növ narkotik vasitələr aşkar edilərək müsadirə olunub.
AZƏRTAC Sinxua informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə əyalət polisinin sözçüsü məlumat verib. Bildirilib ki, həşiş, tiryək və heroin istehsalında istifadə olunan digər maddələr əsasən Bəhramça rayonunda aşkar edilib.
Qeyd edilib ki, bundan əvvəl polis Nimroz əyalətində keçirilən oxşar əməliyyat zamanı təxminən 4 ton narkotik vasitəni ictimaiyyət qarşısında məhv edib.