RU

TƏCİLİ: Tehranda hökumət binaları VURULUR - Yeni HÜCUM dalğası BAŞLADI

İsrail Müdafiə Qüvvələri İranın paytaxtı Tehrana qarşı yeni hücum dalğasının başlandığını açıqlayıb.

Musavat.com xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb. “İsrail Müdafiə Qüvvələri Tehrana qarşı yeni zərbə dalğasına başlayıb. Ordu İranın paytaxtının müxtəlif rayonlarındakı infrastruktur obyektlərinə genişmiqyaslı hücumların başlandığını bəyan edir”, - məlumatda qeyd edilib.

Qeyd olunub ki, hazırda Tehranın müxtəlif bölgələrində İran hökumət infrastrukturuna qarşı genişmiqyaslı zərbələr dalğası həyata keçirir.

İranın hava hücumundan müdafiə qüvvələri Həmədan əyaləti üzərində İsrail pilotsuz təyyarəsini vurub. Yəzd şəhərində İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “Əl-Qədir” briqadası, “Sərallah” bölməsi və bir hərbi baza raket zərbələrinə məruz qalıb. Bəndər Abbas şəhərinin Bəhonər limanı yaxınlığında partlayış baş verib. Paytaxt Tehranla yanaşı, Kərəc şəhərində də şiddətli parlayışlar barədə məlumat yayılıb.

TVMusavat-ın bu gün saat 11:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu siyasi ekspert Əli Mustafa ilə İranı müzakirə edir.

https://www.facebook.com/tvmusavat

https://www.youtube.com/@musavattv

Избранный
2
13
musavat.com

10Источники