Braziliyanın "Flamenqo" klubu yeni baş məşqçinin adını açıqlayıb.
Offsideplus.az xəbər verir ki, komandanın portuqaliyalı çalışdırıcı Leonardu Jardim çalışdıracaq.
51 yaşlı mütəxəssis bu postda Filipe Luisi əvəzləyəcək.
Yeni baş məşqçi ilə müqavilə 2027-ci ilin sonunadək nəzərdə tutulub.
Qeyd edək ki, Jardimin son iş yeri "Kruzeyro" klubu olub.