RU

“Şimal” heyətini yeni futbolçu ilə gücləndirib

Azərbaycan Birinci Liqasında mübarizə aparan Xaçmaz təmsilçisi “Şimal” heyətini yeni futbolçu ilə gücləndirib.

İdman.Biz xəbər verir ki, bu barədə “Şimal” Futbol Klubu məlumat yayıb.

Bildirilib ki, kot-d'ivuarlı 21 yaşlı hücumçu Qla Anj Donaldı transfer edib.

Tərəflər arasında mövsümün sonunadək qüvvədə olacaq müqavilə imzalanıb.

Qla Anj Donald karyerası ərzində Moldovanın “Saksan” klubunda, eləcə də Azərbaycanda “Mingəçevir”in formasını geyinib. Yeni transfer “Şimal”da 7 nömrəli formanı daşıyacaq.

İdman.Biz
Избранный
34
idman.biz

1Источники