RU

Rusiyadan Azərbaycandan tranzit keçməklə Ermənistana dizel və gübrə yola salınır

BAKI, 5 mart. TELEQRAF

Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası yola salınır.

Teleqraf xəbər verir ki, Azərbaycandan Ermənistana yanacaq məhsullarının tədarükü çərçivəsində növbəti 1980 ton 31 vaqon dizel Biləcəri stansiyasından Ermənistana göndərilir.

Eləcə də Rusiyadan tranzit olmaqla 135 ton 2 vaqon gübrə yola salınıb.

Qeyd edək ki, Azərbaycanla Ermənistan arasında sülh gündəliyinə uyğun olaraq ötən il dekabrın 18-də Azərbaycandan Ermənistana neft məhsullarının ixracına başlanılıb.

Избранный
85
20
teleqraf.com

10Источники