RU

Azərbaycan Yüksək Liqası: XVI turun növbəti oyunları keçiriləcək » AzadMedia.az


Qadın və kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XVI turun növbəti qarşılaşmaları baş tutacaq.

Oyun günü qadın voleybolçuların dueli ilə başlayacaq.

"Gəncə" komandası Gəncə İdman Sarayında UNEC-i qəbul edəcək. Görüş Saat 14:00-da start götürəcək.

Növbəti görüş Azərbaycan Voleybol Federasiyasının idman zalında "Gənclər" və "Milli Aviasiya Akademiyası" komandaları arasında keçiriləcək. Qarşılaşma saat 17:00-da başlayacaq.

Kişi voleybolçuların mübarizəsində isə saat 17:00-da Fövqəladə Hallar Nazirliyinin idman zalında "Azərreyl" və "Murov Az Terminal" kollektivləri üz-üzə gələcəklər.

Qeyd edək ki, XVI turun oyunlarına martın 6-da yekun vurulacaq.
Избранный
15
5
azadmedia.az

8Источники