Respublikaçı senator Con Kennedi ABŞ-nin İrana qarşı hərbi əməliyyatda artıq qələbə qazandığını bildirib.
Redaktor.az xəbər verir ki, bu barədə "Fox News" məlumat yayıb.
Siyasətçi efirdə Prezident Donald Trampın “bombalar üçün milyardlarla dollar tapdığı, lakin ABŞ-də yaşayış xərclərini azaltmaq üçün pul tapa bilmədiyi” barədə iddiaları rədd edib.
Onun sözlərinə görə, bu iddialar yalandır və ABŞ İranla münaqişədə “artıq qalib gəlib”.
Kennedi bildirib ki, ABŞ İranın “nüvə silahı inkişaf etdirmək səylərini, raket arsenalını, raket buraxıcılarını və donanmasını məhv etdikdən” sonra ölkəni tərk edəcək.
Senator əlavə edib ki, bundan sonra İran xalqı öz liderliyini seçmək imkanı əldə edəcək.
Aminə ŞAHSUVARQIZI