RU

Devid Bekhem oğlunun ad gününü təsirli şəkildə təbrik etdi

İngiltərə millisinin sabiq futbolçusu Devid Bekhem sosial şəbəkədə oğlu Bruklin Bekhemlə bağlı paylaşım edib.

İdman.Biz xəbər verir ki, keçmiş yarımmüdafiəçi 27 yaşı tamam olan oğlunu ad günü münasibətilə təbrik edib.

Bekhem paylaşımında Bruklinə müraciətlə qısa, lakin emosional mesaj yazıb.

"Bu gün 27 yaşın tamam olur. Ad günün mübarək, Bast. Səni sevirik", – deyə o bildirib.

Qeyd edək ki, bundan əvvəl Bruklin Bekhem ailəsi ilə münasibətlərinin gərgin olduğunu açıqlayıb və valideynlərini tənqid edib.

O, həmçinin bildirib ki, valideynləri ilə yalnız hüquqşünaslar vasitəsilə əlaqə saxlamağı üstün tutur.

İdman.Biz
Избранный
56
idman.biz

1Источники