RU

Senatda İranla bağlı Trampın əl-qolunu bağlayacaq sənəd səsverməyə çıxarıldı

ABŞ Senatı Vaşinqton administrasiyasının qanunvericilik icazəsi olmadan İrana qarşı hərbi güc tətbiqini qadağan etməsini nəzərdə tutan qətnaməni rədd edib.

Musavat.com xəbər verir ki, prosedural səsvermə zamanı 47 senator qətnamənin lehinə, 52 senator isə əleyhinə səs verib. Bu zaman bir respublikaçı qətnaməyə tərəfdar, bir demokrat isə əleyhidar olub.

Respublikaçıların nəzarətində olan Konqresin yuxarı palatasında qətnamənin qəbul edilməsi üçün qanunvericilərin sadə əksəriyyətinin prosedural və yekun səsvermə zamanı onu dəstəkləməsi tələb olunurdu. Oxşar qətnamənin cümə axşamı günü Prezident Donald Trampın partiyasının üzvləri tərəfindən  nəzarətdə olan Nümayəndələr Palatasında da səsverməyə çıxarılacağı gözlənilir.

“Washington Post” əvvəlcədən sənədlərin ABŞ Konqresi tərəfindən dəstəklənməyəcəyini proqnozlaşdırmışdı. Hətta onlar Konqres tərəfindən təsdiqlənsə belə, ölkə prezidentinin onlara veto qoymaq hüququ var.

Musavat.com

 

Избранный
25
musavat.com

1Источники