RU

Azercell internet həcmini artıraraq “SuperSən” tarif paketlərini yeniləyir

Son illər mobil internetə olan tələbat sürətlə artır. Bunun əsas səbəblərindən biri istifadəçilərin gündəlik iş və sosial fəaliyyətlərini getdikcə daha çox rəqəmsal mühitdə həyata keçirməsidir. Sosial şəbəkələr, mobil tətbiqlər və müxtəlif onlayn platformalar istifadəçilərin daim internetə qoşulu qalmasını zəruri edir. Nəticədə mobil data istifadəsi əhəmiyyətli dərəcədə yüksəlir.

FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu tendensiya fonunda mobil operatorlar tarif portfellərini yenidən nəzərdən keçirir və data yönümlü paketlər təqdim edirlər. Məqsəd istifadəçilərin rəqəmsal platformalardan və digər onlayn xidmətlərdən daha rahat və fasiləsiz istifadə imkanlarını təmin etməkdir.

Azercell də öz növbəsində abunəçilərin internet və rəqəmsal xidmətlərə artan tələbatını qarşılamaq məqsədilə 06.04.2026-cı il tarixindən etibarən SimSim nömrələr üçün bir neçə tarifdə dəyişiklik tətbiq edəcək. Yeniliklərdən biri də “SuperSən” tarif paketlərinin optimallaşdırılması ilə bağlıdır. Tətbiq olunan dəyişikliklər əsasən internet həcminin artırılmasına yönəlib. 

Belə ki, “SuperSən 1GB”, “SuperSən 3GB”, “SuperSən 6GB” və “SuperSən 10GB” paketlərinin internet həcmi müvafiq olaraq 1GB artırılaraq “SuperSən 2GB”, “SuperSən 4GB”, “SuperSən 7GB” və “SuperSən 11GB” tarifləri ilə əvəz edilib. Daha iri paketlər olan “SuperSən 20GB” və “SuperSən 30GB” paketlərinin internet həcmi isə 2GB artırılaraq “SuperSən 22GB” və “SuperSən 32GB” olub. Kiçik həcmli paketlərin qiymətləri müvafiq olaraq 8 AZN, 12 AZN, 17 AZN, 22 AZN, irihəcmli paketlərin qiymətləri isə müvafiq olaraq 32 AZN, 42 AZN təyin olunub. Nəzərə alsaq ki, təqdim olunan paketlərdə internetlə yanaşı ölkədaxili danışıq dəqiqəsi, həm də müxtəlif messencerlərdə yazışma üçün əlavə trafik verilir, məhsulun qiyməti xidmətin dəyəri ilə uyğunlaşdırılıb.

Azercell abunəçiləri həmçinin paketlər üzrə digər mövcud üstünlüklərdən əvvəlki şərtlərlə yararlana biləcəklər.

Beləliklə, “SuperSən” paketlərinin yenilənməsi abunəçilərə daha çox sərbəstlik və genişlənmiş rəqəmsal imkanlar təqdim edir, mobil internet istifadəsini optimallaşdırır və istifadəçi təcrübəsini daha rahat edir.

Избранный
22
fed.az

1Источники