RU

Azərbaycan Kunoku: “Qəbələ” “Sabah”ı, “Kəpəz” “Turan Tovuz”u qəbul edir

BAKI, 5 mart. TELEQRAF

Bu gün Bizon Azərbaycan Kubokunda 1/4 final mərhələsinə yekun vurulacaq.

Teleqraf xəbər verir ki, günün ilk qarşılaşmasında “Kəpəz” Yevlax şəhər stadionunda “Turan Tovuz”u qəbul edəcək.

Oyunu baş hakim Cavid Cəlilov idarə edəcək. Tərəflər arasında keçirilən ilk matçda Kurban Berdıyevin komandası 1:0 hesablı qələbə qazanıb.

Mərhələyə “Qəbələ” – “Sabah” oyunu ilə yekun vurulacaq. Qəbələ şəhər stadionunda baş tutacaq görüşü baş hakim Rəvan Həmzəzadə idarə edəcək. Tərəflər arasında ilk oyun qolsuz bərabərliklə nəticələnib.

Bizon Azərbaycan Kuboku
1/4 finalın cavab oyunları

5 mart

14:30. “Kəpəz” – “Turan Tovuz”
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, İslam Məmmədov
VAR: Kamranbəy Rəhimov
AVAR: Akif Əmirəli
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Anar Şıxəliyev
Yevlax şəhər stadionu

18:00. “Qəbələ” – “Sabah”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Məmmədov, Əli Əliyev
VAR: Kamal Umudlu
AVAR: Elvin Bayramov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Yavər Rəhimov
Qəbələ şəhər stadionu

Избранный
19
1
teleqraf.com

2Источники