RU

İnsan barmağından balaca oyun aparatı hazırlandı - FOTO/VİDEO

24 yaşlı hindistanlı mikroelektronika həvəskarı Kiran Patil tənbəlləri nəzərə alaraq inanılmaz dərəcədə kiçik bir elektron oyun aparatı hazırlayıb.
 
Moderator.az xəbər verir ki, bu barədə knife.media məlumat yayıb.
 
Cihaz standart batareyadan daha kiçikdir. Oyun avtomatının hündürlüyü 24.85 mm, uzunluğu 15.25 mm və eni 15.1 mm-dir. İxtira Ginnesin Rekordlar Kitabının münsiflərini heyran edib və onlar onu dünyanın ən böyük nailiyyətlər siyahısına əlavə ediblər.
 
Məlum olub ki, Kiran Patil rekordu qırmaq üçün davamlı olaraq çalışıb. Xəbərə görə, o, uzun müddətdir mikroelektron cihazlar yaratmaqla maraqlanırdı və boş vaxtının böyük hissəsini bu qeyri-adi hobbiyə həsr edib. Qeyd olunub ki, Kiran ixtisasca aerokosmik mühəndisdir.
 
"Mikrokontrollerlər və displeylərdən istifadə edərək bir çox elektron layihə yaratmışam, amma bu, mənim ilk oyun avtomatı layihəmdir", - deyə Kiran Patil bildirib.
 
Xatırladaq ki, ixtiraçı bundan əvvəl dünyanın ən kiçik drelini və oyun konsolunu yaratmışdı. "Arcade" oyunu kimi, bu cihazların hamısı funksionaldır. /Oxu.az/

 

Избранный
12
1
moderator.az

2Источники