RU

Yeni təyin olunmuş hakimlərin andiçmə mərasimi

Martın 4-də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun növbəti iclası keçirilib.

Bildirilib ki, iclasda Prezident İlham Əliyevin Sərəncamı ilə birinci instansiya məhkəmələrinə təyinat alan 34 hakimin andiçmə mərasimi olub.

Ali Məhkəmənin sədri İnam Kərimov yeni təyin olunmuş hakimləri təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Diqqətə çatdırılıb ki, hakim yalnız hüquqi mübahisəni həll etmir, həm də insan taleyini müəyyən edir. Bu baxımdan hər bir işə həssaslıqla, diqqətlə və məsuliyyətlə yanaşmaq, ədalətin vaxtında və qərəzsiz təmin olunmasına xidmət etmək hakimlərin başlıca vəzifəsi olmalıdır.

Sonra hakimlər növbə ilə andiçmə üçün kürsüyə dəvət olunublar. Onlar “Məhkəmələr və hakimlər haqqında” Qanunun tələbinə əsasən ədalət mühakiməsini Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tam uyğun olaraq, qərəzsiz, ədalətlə həyata keçirəcəklərinə, hakimin müstəqilliyini və ləyaqətini qoruyub saxlayacaqlarına, yüksək hakim adına hörmət ruhunda davranacaqlarına and içiblər.

XQ

Избранный
33
11
xalqqazeti.az

10Источники