RU

Ukrayna-ABŞ-Rusiya sülh danışıqları bu səbəbdən təxirə salınıb

Yazını böyüt
Yazını kiçilt

Ukrayna, ABŞ və Rusiya arasında sülh danışıqlarının növbəti mərhələsi İrandakı müharibə səbəbindən təxirə salınıb. Eyni zamanda, Kiyev Rusiya ilə əsir mübadiləsi ilə bağlı müsbət xəbər gözləyir.

Hafta.az xəbər verir ki, bu barədə Volodimir Zelenski mətbuata açıqlamasında məlumat verib.

Prezident qeyd edib ki, Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov ABŞ nümayəndələri ilə əlaqələri müzakirə edib və ABŞ ilə dialoq gündəlik olaraq davam edir:

“Hazırda İran ətrafındakı vəziyyətə görə üçtərəfli görüş üçün lazımi siqnallar yoxdur. Lakin təhlükəsizlik vəziyyəti və ümumi siyasi kontekst bu diplomatik işin davam etdirilməsinə imkan verdikdə, görüş həyata keçiriləcək. Ukrayna buna hazırdır”.

Prezident, həmçinin kəşfiyyat orqanları, Prezident Ofisi və digər müvafiq qurumların nümayəndələrinə əsir mübadiləsinin davam etdirilməsi istiqamətində göstərdikləri səylərə görə təşəkkür edib:

“Biz bütün vətəndaşlarımızı Rusiya əsirliyindən evə qaytarmaq üçün çalışırıq və yaxşı xəbərlər ümid edirik”.

Ukrayna, ABŞ və Rusiya arasında növbəti danışıqların tarixi və yeri hələ müəyyən edilməyib.

Избранный
26
2
hafta.az

3Источники