RU

Ərdoğan İrandan atılan raketin Türkiyəyə düşməsindən danışdı -VİDEO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İrandan atılan ballistik raketin zərərsizləşdirilikdən sonra qalıqlarının Hatay vilayətinə düşməsinə münasibət bildirib.

 

Senzor.az yerli KİV-ə istinadən xəbər verir ki, Türkiyə lideri bu barədə Xüsusi Təyinatlı Qüvvələr Komandanlığında təşkil edilən iftar tədbirində danışıb.

 

"Bugünkü hadisədə olduğu kimi, NATO müttəfiqlərimizlə sıx məsləhətləşmələr çərçivəsində hər növ tədbiri görür, zəruri müdaxilələri edirik. Bənzər hadisənin bir daha baş verməməsi üçün xəbərdarlıqlarımızı ən aydın şəkildə çatdırırıq. Ölkəmizin və millətimizin təhlükəsizliyini təmin etmək üçün iradəmiz və qabiliyyətimiz ən yüksək səviyyədədir", - deyə Ərdoğan vurğulayıb.

 

https://www.youtube.com/watch?v=YZZDmQ4PQPs

 

Избранный
19
senzor.az

1Источники