RU

İran odla oynayır

Newscenter.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

"İran sözün həqiqi mənasında odla oynayır. Bu ölkənin Türkiyənin ərazisinə ballistik raket atmasının başqa bir adı yoxdur. Əvvəldən də dediyimiz kimi İranın məqsədi müharibənin miqyası və əhatə dairəsini genişləndirməkdir".Bu fikirləri Newscenter.az-a politoloq Arzuman Muradlı İranın Türkiyəyə raket atmasını şərh edərkən səsləndirib. O deyib ki, fars-molla rejimi bununla NATO-nu da müharibəyə cəlb etmiş olur:"Bildiyimiz kimi Türkiyə NATO ölkəsidir və hərbi alyansın iistənilən üzvünə qarşı yaranmış təhdid, təhlükə ümumilikdə NATO-ya yönəlmiş təhdid hesab olunur. Təsadüfi deyil ki, məlum hadisədən sonra NATO-nun baş katibi Mark Rütte bildirib ki, alyans İrana qarşı kollektiv müdafiə ilə bağlı 5-ci maddənin mümkün tətbiqinə hazırlıq görüb".Arzuman Muradlı onu da deyib ki, İranın Türkiyəyə qarşı ballistik raketdən istifadə etməsi həm də Tehranın nankorluğunun bir daha nümayişidir:"12 günlük müharibə zamanı Türkiyənin müharibənin dayandırılması istiqamətindəki səylərini görməməzlikdən gəlmək, Ankaranın problemin diplomatik yolla həllinə yönəlik fəaliyyətinə qarşılıq olaraq onun ərazisinə ballistik raket atmağın başqa bir adı yoxdur. İran unudur ki, Türkiyə ilə qarşı-qarşıya gəlmək onun xəritədən silinməsi demək olar".Süleyman

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
20
1
newscenter.az

2Источники