Bakı, 5 mart, AZƏRTAC
Birləşmiş Krallıq Dəniz Ticarət Təşkilatı Küveyt sahillərində bir tankerdə partlayış baş verdiyini və nəticədə neft sızması olduğunu bildirib.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, hadisə Mübarək əl-Kəbir şəhərindən təxminən 30 dəniz mili cənub-şərqdə baş verib.
Gəminin heyətinin təhlükəsiz olduğu qeyd olunur, lakin tankerin adı və mənsubiyyəti hələ dəqiqləşdirilməyib.