RU

KİV: İraqdan İrana kürd qüvvələrinin hücumu barədə məlumatlar təkzib olunub

BAKI, 5 mart. TELEQRAF

İraq ərazisindən kürd silahlı dəstələrinin İrana quru hücumuna başladığı barədə yayılan məlumatlar həqiqəti əks etdirmir.

Teleqraf xəbər verir ki, bu barədə İranın "Tasnim" agentliyi məlumat yayıb.

Agentliyin mənbələrinin bildirdiyinə görə, İraqla sərhəddə yerləşən Qərbi Azərbaycan, İlam və Kirmanşah vilayətlərində vəziyyət sabitdir və kürd qüvvələrinin İrana daxil olması barədə yayılan xəbərlər doğru deyil.

Qeyd olunub ki, kürd silahlı dəstələrinin İraqdan İrana hücuma başladığı barədə məlumatlar reallığa uyğun gəlmir.

Xatırladaq ki, daha əvvəl “Fox News” telekanalı adı açıqlanmayan amerikalı rəsmiyə istinadən minlərlə iraqlı kürdün İrana qarşı quru əməliyyatına başladığını iddia etmişdi.

Избранный
37
teleqraf.com

1Источники