RU

Cəlal Hüseynov “Çerno More”yə qarşı 90 dəqiqə oynadı – ARENA.AZ

Futbol üzrə Azərbaycan millisinin mərkəz müdafiəçisi Cəlal Hüseynov Bolqarıstanın “Arda” komandasının heyətində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, Cəlalın komandası Bolqarıstan çempionatının 2025/2026-cı illər mövsümünün 24-cü turu çərçivəsində “Çerno More” ilə qarşılaşıb.

Səfərdə baş tutmuş bu oyunda qapılara qol vurulmayıb – 0:0. Hüseynov bu görüşdə 90 dəqiqə meydanda olub.

“Arda” 24 turdan sonra 32 xalla 16 iştirakçı arasında 7-ci pillədə qərarlaşıb. Komanda əvvəlki turlarda 8 qələbə qazanıb, 8 heç-heçə edib, 8 məğlubiyyətə üzülüb.

Xatırladaq ki, “Zirə”nin yetirməsi olan Cəlal Hüseynov Bolqarıstan təmsilçisi ilə 2023-cü ilin iyun ayında 3 illik müqavilə imzalayıb. Azərbaycanlı futbolçu bu komandada 72 rəsmi oyuna çıxıb, 2 qol vurub. Cəlal 2024/2025-ci illər mövsümünü icarə əsasında “Şamaxı”da keçirsə də, ötən ilin yayında yenidən Bolqarıstan klubuna qayıdıb.

Hüseynov 2021-ci ilin noyabrında debüt etdiyi Azərbaycan milli komandasının heyətində 8 oyuna çıxsa da, məhsuldar fəaliyyəti ilə yadda qalmayıb.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Избранный
8
8
arena.az

10Источники