RU

İspaniya nəhəngində türk məşqçi

İspaniyanın ən böyük klublarından olan "Atletiko Madrid" türkiyəli məşqçi Arda Turanın xidmətində maraqlıdır. İspaniya nəhəngi təcrübəli mütəxəssislə danışıqlar aparır. Metbuat.az xəbər verir ki, bu iddia ilə İspaniya mediası çıxış edib. KİV-in yazdığına görə, "Atletiko Madrid" rəhbərliyi sükanı hazırda Ukraynanın "Şaxtyor" klubunun baş məşqçisi olan Arda Turana etibar etməyə hazırlaşır. Media danışıqların detallarını açıqlamayıb. Sadəcə, türkiyəli mütəxəssisin bu təklifə isti yanaşdığı vurğulanıb.

Qeyd edək ki, Arda Turanın adı ispaniyalı futbol azarkeşlərinə yaxşı tanışdır. O, 2011-2015-ci illərdə İspaniyanın "Real Madrid", 2015-2020-ci illərdə isə "Barselona" klublarının şərəfini qoruyub.

Избранный
8
23
metbuat.az

10Источники