RU

İkardi ilə bağlı yeni iddia -

“Qalatasaray”ın argentinalı hücumçusu Mauro İkardi ilə bağlı yeni iddia yayılıb. Argentina mətbuatı ulduz futbolçunun mövsümün sonunda İstanbul klubundan ayrılaraq ölkəsinə dönəcəyini yazıb. Metbuat.az xəbər verir ki, Argentinanın məşhur “River Plate” klubu 32 yaşlı ulduzun xidmətində maraqlıdır. “Qalatasaray” rəhbərliyinin İkardi ilə müqaviləni yeniləməyə həvəs göstərməməsi bu ehtimalı bir qədər də qüvvətləndirib. İkardinin meneceri Elio Letterio Pino bu iddiaya münasibət bildirib. Menecer Argentina mediasına verdiyi müsahibədə belə bir təklif almadıqlarını deyib: “Bu barədə mənə heç bir zəng gəlməyib”. Qeyd edək ki, təcrübəli futbolçunun “Qalatasaray”la müqaviləsi mövsümün sonunda başa çatır. İkardiyə yeni müqavilə təklif olunmayıb.

Mauro İkardi bu mövsüm İstanbul təmsilçisinin heyətində 37 matça çıxıb. O, 15 qol vurub və 2 qolun ötürməsini verib.

Избранный
120
metbuat.az

1Источники