RU

“İnter” müdafiəçi transfer edir

İtaliya A Seriyasında çıxış edən “Udineze”nin müdafiəçisi Omar Sole daha böyük kluba keçə bilər.

İdmanxeber.az xəbər verir ki, 26 yaşlı fransalı ilə “İnter” maraqlanır. Milan təmsilçisi onu niderlandlı Stefan de Vreyin əvəzi kimi görür.

“Transfermarkt” Soleyə 20 milyon avro qiymət qoyub. Onun “Udineze” ilə müqaviləsi 2027-ci ilin yayına qədərdir.

Müdafiəçi bu mövsüm A Seriyasında 26 oyunda 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Избранный
41
idmanxeber.az

1Источники