RU

"Dörd gündən bir oynamaq öz sözünü deyir" - Ayxan Abbasov

"Şamaxı" Bizon ölkə kubokunun 1/4 final mərhələsinin cavab oyununda "Qarabağ"a uduzaraq (1:3) mübarizəni dayandırdı.

"Football-plus.az" xəbər verir ki, "şirlər"in baş məşqçisi Ayxan Abbasov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.

- Üzücü məğlubiyyət oldu. İlk oyunda qalib gəlsək də, bilirdik ki, bizi çətin cavab görüşü gözləyir. İlk 10 dəqiqə bizim üçün yaxşı olmadı. 10-cu dəqiqədən sonra həm qol vurduq, həm də təhlükəli epizodlar yaratdıq. İkinci hissədə rəqibin təzyiqini gözləyirdik. Müdafiə planında səhvlər etdik. Buna baxmayaraq uşaqlar sona qədər vuruşdu. Sonuncu dəqiqədə penaltini yerinə yetirə bilsəydik, bəlkə əlavə vaxtda şanslar olardı. Dörd gündən bir oynamaq öz sözünü deyir. Premyer-liqanın üçüncü dövrəsinə hazırlaşacağıq. Kubok bizim üçün bitdi. Rəqibi təbrik edirəm.

- Penaltini Abdullahi Şuaybu vurmaq istəyirdi, amma Karim Rossi vurdu...
- Bizdə iki penalti vuran var: Rikardo Apolinario və Karim Rossi. Rikardo da bir kubok oyununda vura bilməmişdi. Karim 3 penalti yerinə yetirib. Yorğunluq, oyunun stressi var idi. Qismət...

- Premyer-liqanın son oyunundan sonra PFL-lə bağlı açıqlamanız oldu. Buna cavab gəldi?
- Danışıqlar oldu. Hamımız istəyirik ki, meydançalar yaxşı olsun, şərait günü-gündən inkişaf etsin. PFL-də çalışanlarla bizim çoxdan əlaqəmiz var. Bir anlaşılmazlıq olmuşdu. Onlara da uğurlar arzulayıram, bizə də. Bir-birimizi başa düşdük, heç bir problem yoxdu.

Избранный
28
4
football-plus.az

8Источники