RU

Premyer Liqanın ən çox ötürmə edən oyunçuları bəlli oldu

Qol.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Premyer Liqanın ən çox ötürmə edən oyunçuları bəlli oldu

İngiltərə Premyer Liqasında cari mövsümün ən çox ötürmə edən futbolçuları bəlli olub.

QOL.az xəbər verir ki, "Talksport" nəşrinin məlumatına görə, siyahıya "Liverpul"un müdafiəçisi Vircil van Deyk liderlik edir. Niderlandlı futbolçu başa çatmayan mövsüm ərzində artıq 2144 ötürmə ilə yadda qalıb. 

Reytinqin ikinci və üçüncü pillələrində mərkəz müdafiəçiləri qərarlaşıblar. Onlar 2109 ötürmə ilə "Brayton"dan Lüis Dank və 1943 ötürmə ilə "Çelsi"dən Trevo Çalobadır. 

Dördüncü yerdə 1869 ötürmə ilə "Fulhem"in müdafiəçisi Yoakim Andersen yer alıb. Siyahının ilk beşliyini isə 1855 ötürmə ilə "Nottingem Forest"in yarımmüdafiəçisi Elliot Andersen tamamlayıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
46
2
qol.az

3Источники