RU

71 nömrəli avtobusda 1 saatlıq interval - ŞİKAYƏTVİDEO

Kimisi işə, kimisi dərsə gecikir… Dayanacaqda bəzən 30, bəzən isə 40 dəqiqə gözləməli olurlar… Xəttə buraxılan avtobusların sayı dəyişsə də intervallar dəyişmir…

Xezerxeber.az xəbər verir ki, Binəqədi rayonu Baksol yaşayış massivinin sakinləri iddia edir ki, metronun "Azadlıq prospekti" stansiyasını "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzi ilə əlaqələndirən 71 nömrəli şəhərdaxili marşrut üzrə işləyən avtobusun yolunu bəzən saatlarla gözləməli olurlar.

Marşrut xəttinin aid olduğunu "Xaliq Faiqoğlu" şirkətinin şöbə rəisi  Afis Mikayılov “Xəzər Xəbər”in sorğusuna cavab olaraq qeyd edib ki, gecikmələr sözü gedən istiqamətdəki sıxlıqla bağlıdır.

Daşıyıcı şirkət bundan sonra da problemin aradan qalxması məqsədi ilə vəziyyəti nəzarətdə saxlayacağını qeyd edib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Избранный
127
xezerxeber.az

1Источники