RU

Türkiyə qabaqlayıcı mövqe tutmağa məcbur qala bilər

ain.az, Redaktor.az saytına istinadən bildirir.

"Güclü bir münaqişəyə qoşulma ehtimalı, İranın ərazi bütövlüyünün pozulması və suverenliyinin təhdid altına düşməsi kimi amillər regionda vəziyyəti daha da həssas edir. Müəyyən mənada bu şərtlərin formalaşdığı müşahidə olunur və belə bir vəziyyətdə region ölkələrinin təhlükəsizliklə bağlı narahatlıqları artır".

Bu fikirləri Redaktor.az-a politoloq Əziz Əlibəyli bildirdi.

Onun fikrincə, belə bir ssenaridə Türkiyə üçün proseslərə passiv yanaşmaq mümkün olmaya bilər:

"Çünki qonşu ölkədə ərazi bütövlüyünün pozulması, daxili idarəetmənin zəifləməsi və təhlükəsizlik boşluqlarının yaranması birbaşa olaraq regional balansı dəyişə bilər. Bu isə sərhəd təhlükəsizliyi, miqrasiya axınları, qeyri-dövlət silahlı qrupların fəallaşması və ümumi geosiyasi sabitlik baxımından yeni çağırışlar deməkdir. Bu baxımdan Türkiyə belə məsələlərdə preventiv, yəni qabaqlayıcı mövqe tutmağa məcbur qala bilər".

Xədicə BAXIŞLI

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
3
1
redaktor.az

2Источники