RU

Rövşən Muradov Laçın rayon sakinləri ilə növbəti görüşünü keçirib -Fotolar



aia.az xəbər verir ki, 2026-cı il martın 4-də Milli Məclisin deputatı Rövşən Muradov Nizami rayonunda müvəqqəti məskunlaşmış Laçın rayon sakinləri ilə növbəti görüşünü keçirib. Görüşdə Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədri İlqar İlyasov da iştirak edib.

Sakinlər üzləşdikləri problemləri diqqətə çatdıraraq bir sıra məsələlərlə bağlı müraciətlərini təqdim ediblər. Deputat qaldırılan məsələlərin həlli istiqamətində səlahiyyətləri çərçivəsində müvafiq tədbirlərin görüləcəyini, digər müraciətlərin isə aidiyyəti dövlət qurumlarına yönləndiriləcəyini qeyd edib.

Görüş iştirakçıları göstərilən diqqət və dəstəyə görə təşəkkürünü bildirərək, bu cür qəbul və görüşlərin vətəndaşların problemlərinin operativ və səmərəli həllinə mühüm töhfə verdiyini vurğulayıblar.



Избранный
115
aia.az

1Источники