RU

Səhiyyə və sosial xidmət qurumları arasında əməkdaşlıq: Şamaxı həkimləri “DOST evi”ndə

ain.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Şamaxı, 4 mart, AZƏRTAC

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin İsmayıllı “DOST Evi” filialına Şamaxı Rayon Mərkəzi Xəstəxanasının tibbi heyətinin infoturu təşkil edilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, infotur zamanı qonaqlar filialda təlimlərə cəlb olunmuş həssas qruplara aid şəxslər üçün yaradılan şərait və müxtəlif istiqamətlər üzrə fəaliyyət göstərən emalatxanalarla tanış olublar.

Filialın direktoru Faiq Xudanlı müəssisənin fəaliyyət istiqamətləri, benefisiarların yaradıcılıq imkanlarının genişləndirilməsi və onların sosial adaptasiyası istiqamətində görülən işlər barədə ətraflı məlumat verib.

Şamaxı Rayon Mərkəzi Xəstəxanasının direktoru Natiq Əliyev cəmiyyətin sağlam və dayanıqlı inkişafında keyfiyyətli səhiyyə xidmətləri ilə inklüziv inkişaf təşəbbüslərinin rolundan bəhs edib.

Görüşdə həssas qruplardan olan vətəndaşların cəmiyyətə effektiv şəkildə inteqrasiyası üçün tibbi xidmətlərin əlçatanlığının təmin edilməsi, habelə səhiyyə və sosial xidmət qurumları arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsinin əhəmiyyəti vurğulanıb.

Sonda bu sahədə gələcək əməkdaşlıq perspektivləri və müştərək layihələrin həyata keçirilməsi imkanları nəzərdən keçirilib.

Müxbir - Rəşad Türkoğlu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
35
azertag.az

1Источники