RU

Türkiyə siyasətçisi: Ankaranın diqqəti Zəngəzur dəhlizinə yönəlməlidir

ain.az bildirir, Azertag portalına istinadən.

Ankara, 4 mart, AZƏRTAC

Türkiyə Azərbaycan və digər türk ölkələri ilə strateji əlaqələrə xüsusi diqqət yetirməlidir. Bu, ilk növbədə, Zəngəzur dəhlizinə aiddir. Yalnız bu yolla Türkiyənin xarici ticarətini birləşdirən nəqliyyat qovşaqlarının zəncirlərini qıra və bazarları şaxələndirə bilərik.

AZƏRTAC xəbər verir ki, bu fikri İYİ Partiyasının sədri Müsavat Dervişoğlu Ankarada keçirilən parlament fraksiyasının iclasındakı çıxışında ifadə edib.

Türkiyənin partiya lideri Orta Dəhlizdən tam istifadə olunmasına və Bakı-Tbilisi-Qars dəmir yolunun potensialının açılmasına çağırıb. O vurğulayıb: “Əgər Xəzər dənizi üzərindən ticarəti genişləndirməsək, Türkiyə ixracatı xarici aktorlardan asılı olaraq qalmağa davam edəcək. Türkiyənin “logistika inqilabına” ehtiyacı var”.

İYİ Partiyasının rəhbəri bildirib ki, milli iqtisadiyyat üçün risklər aradan qaldırılmalıdır. O, diqqəti İran ətrafındakı vəziyyətə çəkərək qeyd edib ki, regionda gərginliyin mənfi nəticələrindən biri enerji qiymətlərinin artmasıdır.

Onun sözlərinə görə, Türkiyə hazırda neft və qaz idxalına ildə orta hesabla 62 milyard dollar xərcləyir. Partiya sədri əlavə edib: “Neftin qiymətlərinin hər 10 faiz artması Ankaranın büdcəsinə əlavə 2,5 milyard dollar yük deməkdir”.

Türkiyə siyasətçisi, həmçinin İrandan qaçqın axını təhlükəsinə işarə edərək qeyd edib ki, ölkə qanunsuz miqrasiyanın yeni dalğasının öhdəsindən gələ bilməz”.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
2
1
azertag.az

2Источники