RU

"Fənərbağça"nın baş məşqçisi ağır xəstəliyə yoluxub

"Fənərbağça"nın baş məşqçisi Domeniko Tedesko ağır xəstəliyə yoluxub.

Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "X" hesabı üzərindən insayder və jurnalist Yağız Sabuncuoğlu yayıb.

Məlumata görə, italyan əsilli almaniyalı mütəxəssis ağır pnevmoniyadan əziyyət çəkir. Mənbə sözügedən çalışdırıcının hazırda müalicə aldığını vurğulayıb.

Tedesko ötən ildən "Fənərbağça"nı çalışdırır. Onun İstanbul nəhəngi ilə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayınadək nəzərdə tutulub.

Toğrul

Избранный
102
2
fanat.az

3Источники