RU

Qadınların orta maaşının kişilərin maaşına yaxınlaşması təmin ediləcək – Komitə sədri

Bakı. Trend:

Ölkədə əmək münasibətlərinin gender bərabərliyi prinsipləriəsasında qurulması üçün mövcud qanunvericilikdə qadınların əməyiqadağan olunan peşə, vəzifə və iş yeri azaldılaraq204 müəyyən edilib. Əvvəllər onların sayı674 idi.

Trend xəbərverir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələlərikomitəsinin sədri Hicran Hüseynova komitədə keçirilən“Qanunvericilikdə gender bərabərliyi: nailiyyətlər vəperspektivlər” mövzusunda ictimai dinləmədə deyib.

Komitə sədri bildirib ki, qadağan edilən bu peşə, vəzifə və işyerləri bütün qadınlara deyil, yalnız hamilə və ya bir yaşınadəkuşağı olan qadınlara tətbiq edilir. Bu dəyişiklik əməkmünasibətlərinin və məşğulluq imkanlarının gender bərabərliyiprinsipləri əsasında qurulmasına mühüm töhfədir.

H.Hüseynova vurğulayıb ki, ölkə üzrə qadınların orta əməkhaqlarının kişilərin orta əmək haqqına daha yüksək templəyaxınlaşmasının təmin ediləcək:

“Statistik göstəricilərdən də bunu görmək mümükündür. 2020‐ciildə qadınların orta əməkhaqqı kişilərin orta əməkhaqqının63,3 faizini təşkil edirdisə, 2024-cü ildə isə68,9 faizini təşkil edib”.

Millət vəkili xatırladıb ki, 2009-cu ildən Əmək Məcəlləsinəedilən dəyişikliyə görə övladı dünyaya gəldiyi zaman kişilərin 2həftə, yəni 14 gün ödənişsiz məzuniyyətə çıxmaq hüququ var idi.

“Yeni dəyişikliyə əsasən, artıq bu məzuniyyət ödənişli əsaslarlaverilir. Bu qanun həm dövlət, həm də özəl şirkətlərə şamil olunur.Əlbəttə ki, layiqli əmək şəraitinin yaradılması, əmək hüquqlarınınmüdafiəsi, ailə vəziyyətindən asılı olmayaraq özünü inkişafetdirməsi, iş və ya ailə həyatı arasında balansın qorunması hər birvətəndaşın haqqıdır”, - deyə o fikrini tamamlayıb.

Избранный
12
1
az.trend.az

2Источники