RU

Hoteldə anasını öldürən yeniyetməyə hökm oxundu

Anasını hoteldə qətlə yetirməkdə ittiham olunan yeniyetmənin məhkəmə araşdırması başa çatıb.

Day.Az "Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən son iclasda hökm oxunub.

Hökmə əsasən, 17 yaşlı A.Q qəsdən adam öldürməkdə təqsirli bilinərək 7 il 6 ay azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən ilin yayında Binəqədi rayonunda yerləşən "Crossway" hotelində baş verib. Ana və oğlu eyni gündə Türkiyədən qayıdıb. İttiham aktında yazılıb ki, geyim üstündə yaranmış mübahisə ilə bağlı oğul anası-36 yaşlı Ə.Qasımovanı bıçaqla qətlə yetirib. Yeniyetmə məhkəmədə özünü təqsirli bilib, həbs edilməsini xahiş edib.

Yeniyetmənin təqsirli bilindiyi Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsinin sanksiyasında 9 ildən 14 ilə qədər azadlıqdan məhrumetmə nəzərdə tutulur. Lakin qanun 18 yaşına çatmayan şəxslərə 10 ildən artıq həbs cəzası təyin ediləməsinə icazə vermir.

Избранный
43
2
day.az

3Источники