RU

Əraqçi: Tramp İranın nüvə proqramı üzrə danışıqlara daşınmaz əmlak sövdələşməsi kimi yanaşır...

Tehran hesab edir ki, diplomatik kanalların məhv edilməsi Yaxın Şərqdə sabitliyin daha da pozulmasına səbəb ola bilər...

Poliqon xəbər verir ki, İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ Prezidenti Donald Trampın İranın nüvə proqramı üzrə aparılan danışıqlara yanaşmasını sərt şəkildə tənqid edib.

Nazir sosial şəbəkədə paylaşdığı açıqlamada bildirib ki, Vaşinqton rəhbərliyi mürəkkəb diplomatik danışıqlara ciddi siyasi proses kimi deyil, kommersiya sövdələşməsi kimi yanaşıb.

“İranın nüvə proqramı üzrə mürəkkəb danışıqlar daşınmaz əmlak sövdələşməsi kimi qiymətləndirildikdə və böyük yalan reallığı kölgədə qoyduqda, qeyri-real gözləntilərin doğrulması mümkün deyil. Nəticə nə oldu? Danışıqlar masası qisas məqsədilə bombalandı. Tramp diplomatiyaya və onu seçən amerikalılara xəyanət etdi”, deyə Əraqçi vurğulayıb.

İran rəsmisinin sözlərinə görə, ABŞ rəhbərliyinin bu yanaşması danışıqlar prosesini faktiki olaraq iflasa uğradıb və regionda hərbi eskalasiyaya yol açıb. Tehran hesab edir ki, diplomatik kanalların məhv edilməsi Yaxın Şərqdə sabitliyin daha da pozulmasına səbəb ola bilər.

Xatırladaq ki, son günlər ABŞ və İsrail tərəfindən İran ərazisinə endirilən zərbələrdən sonra regionda gərginlik kəskin şəkildə artıb. İran isə buna cavab olaraq İsrail və regiondakı ABŞ hərbi obyektlərinə raket və pilotsuz uçuş aparatları ilə zərbələr endirdiyini bəyan edib.

Poliqon.info

Избранный
64
poliqon.info

1Источники