RU

Bu rayonlara intensiv qar yağacaq - PROQNOZ

Martın 5-də Azərbaycanın şəhər və rayonlarında gözlənilən hava şəraiti açıqlanıb.

Bu barədə "Yeni Sabah"a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, arabir tutulacaq və əsasən yağmursuz keçəcək. Lakin səhər bəzi şəhərətrafı ərazilərdə az çiskinli olması ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 3–6° isti, gündüz 6–9° isti olacaq. Atmosfer təzyiqi 768 mm civə sütunundan 765 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 75–80 %, gündüz 65–70 % təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gündüz yağıntılar tədricən kəsiləcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1–6° isti, gündüz 9–14° isti, dağlarda gecə 5–10° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.

Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərurda bəzi yerlərdə arabir yağıntılı, qar yağışlı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Axşam yağıntılar tədricən kəsiləcək. Arabir duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1–6° şaxta, gündüz 3–8° isti olacaq.

Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Füzuli, Ağdam və Daşkəsən-Gədəbəy, Göygöldə bəzi ərazilərdə arabir yağıntılı, qar yağışlı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Axşam yağıntılar tədricən kəsiləcək. Arabir duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1–6° şaxta, gündüz 3–8° isti olacaq.

Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilanda bir sıra yerlərdə arabir yağıntılı, qar yağışlı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Axşam yağıntılar tədricən kəsiləcək. Arabir duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0–3° isti, dağlıq ərazilərdə 7° şaxta, gündüz 4–9° isti olacaq.

Qazax, Gəncə, Samux, Goranboy, Tərtər, Şəmkir, Tovuz, Naftalanda əsasən yağmursuz hava gözlənilir. Lakin gecə və səhər bəzi dağlıq ərazilərdə arabir yağıntılı, qar yağışlı olacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0–5° isti, gündüz 8–13° isti olacaq.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusarda bəzi ərazilərdə arabir yağıntılı, qar yağışlı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Axşama doğru yağıntılar tədricən kəsiləcək. Arabir duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0–5° isti, gündüz 6–11° isti, dağlarda gecə 5–10° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.

Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Bərdə, Beyləqan, Sabirabad, Mingəçevir, Biləsuvar, Saatlı, Göyçay, Ucar, Şirvan, Hacıqabul, Zərdab, Salyan, Neftçalada bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Axşama doğru yağıntılar tədricən kəsiləcək. Arabir duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1–6° isti, gündüz 9–14° isti olacaq.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara, Biləsuvar, Cəlilabadda bir sıra yerlərdə arabir yağıntılı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Axşama doğru yağıntılar tədricən kəsiləcək. Arabir duman olacaq. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0–4° isti, gündüz 8–13° isti, dağlarda gecə 2° şaxtadan 2°-dək isti, gündüz 3–7° isti olacaq.


Telegram kanalımız
Избранный
20
49
yenisabah.az

10Источники