RU

“TikTok” şəxsi mesajlarda mübahisəli məxfilik texnologiyasını tətbiq etməyəcək

ain.az, Azertag saytına istinadən bildirir.

London, 4 mart, AZƏRTAC

“TikTok” sosial şəbəkəsi şəxsi mesajlar üçün istifadə olunan mübahisəli məxfilik texnologiyası “end-to-end” şifrələməni tətbiq etməyəcəyini açıqlayıb.

AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, şirkət bu texnologiyanın istifadəçilərin təhlükəsizliyini azalda biləcəyini vurğulayıb.

Bu sistem o deməkdir ki, birbaşa mesajların məzmununu yalnız göndərən və qəbul edən tərəf görə bilir. Bu, ümumi istifadə üçün ən təhlükəsiz kommunikasiya üsullarından biri hesab olunur. “Facebook”, “Instagram”, “Messenger” və “X” kimi platformalar istifadəçi məxfiliyini qorumaq məqsədilə bu texnologiyanı tətbiq ediblər. Lakin tənqidçilər bildirirlər ki, bu cür şifrələmə zərərli və ya qanunsuz məzmunun yayılmasının qarşısını almağı çətinləşdirir. Çünki belə halda nə texnologiya şirkətləri, nə də hüquq-mühafizə orqanları birbaşa mesajların məzmununa baxa bilirlər.

“TikTok” bildirib ki, “end-to-end” şifrələmə tətbiq olunsa, təhlükəsizlik komandaları və polis zəruri hallarda mesajları yoxlaya bilməyəcək. Şirkət, xüsusilə gənc istifadəçilərin təhlükəsizliyini qorumaq məqsədilə belə qərar verdiyini vurğulayıb.

“TikTok”un məlumatına görə, platformanın Böyük Britaniyada aylıq təxminən 30 milyon, dünya üzrə isə 1 milyarddan çox istifadəçisi var.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
2
3
azertag.az

4Источники